Qurban Yetirmişlidən zəlzələ açıqlaması
Qurban Yetirmişli: Afterşoklar olsa da, güclü zəlzələ gözlənilmir - APA TV Xəzər dənizində 68 km dərinlikdə, 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə açıqlamasında bildirib ki, bundan sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir. QURBAN YETİRMİŞLİ RESPUBLİKA SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİNİN BAŞ DİREKTORU Qeyd edək ki, zəlzələ bu gün yerli vaxtla saat 08:16-da baş verib. Aytən sakitqızı Apa tv