Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşasının nümayişinə başlanılıb
Bu gündən Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşasının nümayişi başlanıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə,yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri 20 Yanvar hadisələrinin 30-cu ildönümünü münasibətilə səhnələşdirilib.
Qırx nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
“Əsir qadın” tamaşası bu gündən Qusar Mədəniyyət Evində heç bir ödəniş etmədən baxmaq mümkündür.