Qusarda ağır yol qəzası baş verib

Qusarda ağır yol qəzası baş verib.

Rayon sakini Volodiya Eyvazov “Vaz-2107” markalı avtomobili sərxoş halda sürərkən Qusar-Şahdağ yolunun 7-ci kilometrliyində öndə gedən avtomobili arxadan vurub. Nəticədə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən Nadir Ağarzayevin sürdüyü “Vaz-2106” markalı maşın yoldan dərəyə aşıb.

Bu zaman “Vaz-2106”da sərnişin olan Ağarzayeva Yeganə Muradrəsul qızı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücülər isə qapalı kəllə-beyin travması ilə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv