Qusarda evdən oğurluq edən şəxslər tutuldu – MƏİŞƏT ƏŞYALARI OĞURLAYIBLAR

Qusarda evdən oğurluq edən iki nəfər saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən bir ədəd kompüter dəsti və ona aid aksesuarlar, bir ədəd televizor, bir ədəd ütü, eləcə də müxtəlif növ tikinti təmir alətləri oğurlayan şəxslər yaxalanıb.

Araşdırmalarla onların rayon sakinləri Şahmir Ağamirov və Rəsul Savziyev olduqları müəyyən edilib.

Hadisə zamanı zərərçəkmişə ümumilikdə 2538 manat maddi ziyan dəyib.

Dindirilmə zamanı hər iki şəxs əldə etdikləri əşyaları Şahmir Ağamirova məxsus “Niva” markalı maşınla hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər. Oğurlanan əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Saxlanılan şəxslərdən Rəsul Savziyev əməlindən peşman olduğunu deyir: “Şahmirlə məsləhətləşdik, boş ev gördük getdik ora. Evdən oğurladığım əşyaları fərqli-fərqli yerlərdə maşınla aparıb gizlətdik. Peşmanam”.

Faktla bağlı cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv