Qusarda karantin qaydalarını pozan oyun zalı aşkarkanıb
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib.
Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.