Qusarda sərxoş vəziyyətdə görüntüləri yayılan polis işdən çıxarıldı

 

Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Müəllif | Apa.Tv
Apa.tv