06:54 11 fevral 2024 906
Ana səhifə Xəbərlər

Qusarda yaşayış evi yandı, xəsarət alan var – APA TV

Qusarda evdə partlayış baş verib. Hadisə rayonun Hil kəndində qeydə alınıb. Evin mətbəxt hissəsində baş verən partlayış, bir anda evi külə döndərib. Hadisə zamanı 30 yaşlı Faiq Abdullayev xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili cəlb edilib.30 yaşlı Faiq Abdullayev ağır vəziyyətdə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Cəfər Talıb,

APA TV, Qusar

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın