Qusardakı həmin 1 şagirdi olan məktəb bağlandı – Şok səbəb

 

Qusarda 1 şagirdin təhsil aldığı Çətkün kənd ibtidai məktəbinin fəaliyyəti dayanıb. 4-cü sinif şagirdi Nadim Alxasovun ailəsi yaşayış yerini dəyişdiyi üçün şagird də qonşu kənddə yerləşən təhsil ocağına keçirilib. Bu barədə APA TV-yə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, məktəb bu ilin noyabr ayında bağlanıb. Qeyd edək ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si isə Qubada yerləşir. Cəfər Talıb, APA TV

Müəllif | Apa.Tv
Apa.tv