Raket atəşi zamanı Xarkovda yaralananların sayı açıqlanıb

Ukraynanın Xarkov şəhərinə endirilən raket zərbəsi zamanı xəsarət alanların sayı açıqlanıb.

 

APA TV Unian.net-a istinadən xəbər verir ki, Xarkov vilayət administrasiyasının yanına düşən raket azı 6 nəfərin, o cümlədən 1 uşağın yaralanmasına səbəb olub.

 

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiyanın endirdiyi hava zərbəsi zamanı ölən və yaralananların dəqiq sayının müəyyənləşmədiyini deyib.

 

Müəllif | Apa.Tv
Apa.tv