Ramazan ayı bu tarixdən başlayacaq – QMİ AÇIQLADI
Azərbaycanda Ramazan ayının başlanacağı gün bəlli olub.
APA TV xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bildirilir ki, Ramazan ayının hilalı Azərbaycan üfüqündə aprelin 13-də görünəcək.
Beləliklə, niyyət gecəsi aprel ayının 13-dən 14-nə keçən gecəyə düşür. Ramazan ayının ilk günü aprelin 14-dür.