Ramazanda nə yemək olar, nə olmaz? – MÜTƏXƏSSİS AÇIQLADI - APA TV
Hicri təqviminin 9-cu ayı olan Ramazan 11 ayın sultanı da adlanır. İslam dininin etiqadına görə Ramazan Məhəmməd Peyğəmbərə Quran ayələrinin nazil olduğu aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan İslam aləmində dua və ibadət ayı sayılır. Ramazanda müsəlmanlar oruc tutaraq mənəvi cəhətdən saflaşmağa çalışırlar.
Oruc tutmaq mənəvi saflıqla yanaşı, orqanizmin təmizlənməsi üçün də faydalıdır. Ramazanda oruc tutanların qidalanma rejimi adi günlərdəki qidalanmadan fərqlənir. Həmin ayda balanslı qidalanmaya daha çox diqqət etmək lazımdır. Bəzən insanlar iftar vaxtı həddən artıq qida qəbul edir və fiziki aktivlik olmadan yatırlar. Bu da sağlamlıq üçün yolverilməzdir. Bundan başqa bəzi qidalardan da ümumiyyətlə çəkinmək tövsiyə olunur.
Səhhətində problemlər olan insanların isə oruc tutması tövsiyə olunmur. Belə şəxslər oruc tutmaq istəyərkən həkimlə məsləhətləşməlidirlər.
ORXAN ASLAN
APA TV