Ramin Musayevin YERİNƏ O SEÇİLDİ

 

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb. Apasport.az xəbər verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, 14 ildir bu vəzifədə çalışan futbol funksioneri səhhəti ilə əlaqədar istefa verib. Yeri gəlmişkən qeyd edək ki, bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib. Konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib. Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Müəllif | Apa.Tv
Apa.tv