Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

 

Bu gün AMEA-nın Ümumi Yığıncağı keçirilib.

APA TV-nin məlumatına görə, iclası açıq elan edən AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa verdiyini bildirib.

O, iclasın gündəliyində AMEA-nın prezidenti seçkisi olduğunu deyib. Səsvermə nəticəsində akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın Ümumi Yığıncağında AMEA prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyevi bu vəzifəyə təsdiq edib.

Müəllif | Apa.Tv
Apa.tv