Ramiz Mehdiyevi o əvəz edəcək – QƏRAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
APA TV xəbər verir ki, bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən müəyyənləşib.
AMEA-nın Ümumi yığıncağında Qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı.