Ramiz Mehdiyevin köməkçisi buna görə saxlanılıb - RƏSMİ

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

 

O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin köməkçisi də olub.

 

Müəllif | Apa.Tv
Apa.tv