Ramiz Mehdiyevin köməkçisi niyə saxlanılıb - TƏFƏRRÜATLAR
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, Eldar Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən Eldar Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. iddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin Eldar Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Əldə etdiyimiz daha bir məlumata görə isə Eldar Əmirov barəsində artıq məhkəmə qərarı da var.
Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.