Ramiz Mehdiyevin kürəkəni və onun qudası həbs edildi
AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayev həbs edilib.
APA TV-nin məlumatına görə, Abşeron rayon məhkəməsi İlham Əliyev və Rövşən Mustafayevi epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilib.
İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb. Məhkəmə Nazirlər Kabineti yanında Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy məclisi təşkil edən İlham Əliyevə və onun qudası Rövşən Mustafayeva 15 sutkalıq inzibati həbs verib.
Qeyd edək ki, sabiq deputat İlham Əliyev avqustun 18-də karantin qaydalarını pozaraq qız övladına toy mərasimi keçirib.
Həmidağa Məcidov,
Üzeyir Ağayev,
APA TV