Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələndi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələnib.

APA TV-nin məlumatına görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Qeyd edək ki, avqustun 18-də AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub.

Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Müəllif | Apa.Tv
Apa.tv