Ramiz Məmmədov Yasamal qəbiristanlığında dəfn olundu

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib.

 

APA TV-nin verdiyi məlumata görə, vida mərasimi Təzə Pir məscidində baş tutub.

 

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Ramiz Məmmədov dünən günorta saatlarında 70 yaşında vəfat edib. Vida mərasimdə xalq artistinin ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak edib.

 

Ramiz Məmmədov Yasamal qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, R.Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb. Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb. O, 2001-ci ildə əməkdar artist, 2013-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb.

 

Allah rəhmət eləsin!

 

Səfər Əlizadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv