Rayon sakininin 4 otaqlı evi yandı

Ağstafada evdə yanğın olub.

 

APA TV yerli bürosunun məlumatına görə, Ağstafanın İlham Həsənov küçəsində qeydə alınıb.  Yolçuyev Rahib Kərim oğluna məxsus ümumi sahəsi 280 m² olan kürsülü 1 mərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Fuad Nazimoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv