Rayonlararası giriş-çıxış qadağan edildi – RƏSMİ

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. 

 

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA TV-yə bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

 

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda 24 mart tarixindən etibarən 20 aprelədək xüsusi karantin rejimi elan edilib.

Müəllif | Apa.Tv
Apa.tv