Rəfael Cəbrayılovun qardaşı saxlanıldı   - SƏBƏB

Həbsxanada vəfat edən keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılova cinayət işi açılıb.

 

Lent.az-ın məlumatına görə, onun barəsində Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci yəni dələduzluq, külli miqdarda törədildikdə maddəsilə cinayət işi başlanıb. 

 

Elşən Cəbrayılovu aprelin 11-i Nərimanov rayon Polis İdarəsinin əməkdaşları saxlayıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Lent.az-a onun saxlanıldığı təsdiqlənib.

 

Müəllif | Apa.Tv
Apa.tv