Regionda vəziyyət necə sabitləşə bilər? - RUSİYA ŞƏRTİNİ AÇIQLADI

Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı.

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

 

Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edən Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını söyləyib.

 

Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü söyləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv