Rəmişin COVID-ə yoluxan həyat yoldaşı xəstəxananı tərk etdi
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) COVID-ə yoluxan həyat yoldaşı Gülü xəstəxananı tərk edib.
APA TV lent.az-a istinadən xəbər verir ki, o, Bakı Sağlamlıq Mərkəzini tərk edərək evinə gedib.
Gülü hazırda həyat yoldaşı Rəmişin dəfn hazırlıqlarını həyata keçirir.
Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov Lent.az-a açıqlamasında Xalq artistinin həyat yoldaşı Gülü Hüseynovanın COVID -19 xəstəsi olduğunu qeyd edib.