Rəşad Dağlı qonşusunu öldürdü - APA TV

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

 

APA TV xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

 

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

 

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

 

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

 

Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Müəllif | Apa.Tv
Apa.tv