Restoranın həyətində yük avtomobilinin vurduğu şəxs öldü

Bakıda 11 gün qabaq avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 16-da Xətai rayonu Gəncə Prospektində qeydə alınıb.

Yavər Rəşidov idarə etdiyi "Hyundai HD-65" markalı yük avtomobilini "Fəridə" şadlıq evinin heyətində geriyə verən zaman ehtiyatsızlıqdan İlqar Tağılını vurub.

Piyada xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq İlqar Tağılı ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv