Rəsulzadə gizli toplantılarını bu evdə keçirirmiş - İNDİ UÇUR

XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri olan Qaçaq Mayıl XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona məxsus yaşayış evi sovet dövründə inzibati bina kimi istifadə olunub. Bir müddət əvvəl Qaçağın evin ətrafında abadlıq işləri aparılsa da uzun müddət baxımsız qalan evin əsaslı təmirə ehtiyacı var.  

 

Qaçaq Mayılın evi hələ ki, tarixi abidə kimi qeydiyyata alınmayıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən evə baxış keçirilib və dövlət qeydiyyatına alınması üçün rəsmi müraciət olunub. Yerli əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alındıqdan sonra binanın təmiri və yaxud da əsaslı yenidən qurulması haqqında qərar veriləcək.

 

Qeyd edək ki, Qaçaq Mayıl 1924-cü ildə öldürülüb. Onun Azərbaycan Xalq Cümhuriyyəti illərində böyük nüfuzu olub. Mayılın Milli Şuranın Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə, Nazirlər Şurasının sədri F.X. Xoyski ilə sıx əlaqəsi və dostluq münasibətləri olub.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv