Robert Eyyubova yüksək vəzifə verildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 3-cü vitse-prezidenti Robert Eyyubov təyin olunub.

 

APA TV xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən  məlumat verilib.

 

Bildirilib ki, Robert Eyyubov ötən il dekabrın 8-də İcraiyyə Komitəsi tərəfindən bu vəzifəyə seçilib. Lakin o, ötən gün ilk dəfə AzVİF-in iclasına qatılıb.

 

Xatırladaq ki, Robert Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumudur.

 

Müəllif | Apa.Tv
Apa.tv