Robert Mobili: “Qarabağdakı alban məbədləri bizim irsimizdir”
“Cənab Prezidentin dəmir yumruğu nəticəsində biz işğalçılardan xilas olduq”.
APA TV xəbər verir ki, bunu Alban-udi xristian icması sədri Robert Mobili mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki alban kilsələri Azərbaycan xalqının tarixi irsidir və erməni tarixi ilə heç bir əlaqəsi yoxdur: “Azərbaycan xalqının tolerantlığı ermənilərə ibadət etmək imkanı yaradıb. Amma biz nə gördük? Onlar özləri üçün bunları saxtalaşdırdılar və bizim məbədi özləri üçün istifadə etdilər, “Artsax” yaratdılar. Ancaq həqiqət odur ki, bu torpaq, bu yer Azərbaycanındır”.
Robert Mobili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki alban məbədləri zamanla bərpa olunacaq.