Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub
Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.
APA TV xəbər verir ki, R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.
Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq da ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Əkbərovun həbs edilməsi barədə yayılan xəbərlər doğrudur.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.