Ruhi-əsəb xəstəsini yük maşını vurdu - ŞƏMKİRDƏ
Şəmkirdə yolu keçən piyadanı maşın vurub.
APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Yük maşını 1987-ci il təvəllüdlü Ələkbərov Xəqani Nurəddin oğlunu vurub. O, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Xəqani Ələkbərovun ruhi-əsəb xəstəsi olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.