Rus ekspert efirdə “meyit”ə görə “araq” içdi
Məşhur RBK kanalının canlı yayımında çıxış edən rusiyalı birja eksperti ölkə birjasının ölümü “şərəfi”nə simvolik içki içib.
APA TV xəbər verir ki, bu barədə sosial mediada videogörüntülər yayılıb.
Aparıcının Rusiya fond bazarında vəziyyətlə bağlı sualına birja eksperti Aleksandr Bukmanov ölən iqtisadiyyatın ruhunu içki içməklə yad edib:
“Mən bu içkini (simvolik olaraq araq deyil, qazlı sudan istifadə edilib – red.) artıq ölən Rusiya fond bazarı üçün içirəm. Əziz, Rusiya fond bazarı, sən bizə doğma idin. Ruhun şad olsun”.
Qeyd edək ki, rus ənənəsinə görə, ölən dəfn edildikdən sonra onun ruhu spirtli içki ilə “yad” edilir.