Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləyənlərini gətirən təyyarə Gəncəyə çatıb. 

 

APA TV-nin Gəncə bürosunun xəbərinə görə, təyyarə Gəncə aeroportuna eniş enib. 

 

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

 

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv