Rusiya ən müasir tankını döyüşə göndərdi

Rusiya Ukraynadakı müharibədə ən müasir T-14 “Armata” tanklarından istifadə etməyə başlayıb.

Bu barədə RİA Novosti mənbəyə istinadla məlumat yayıb.

“Rusiya qoşunları Ukrayna mövqelərini atəşə tutmaq üçün ən müasir “Armata” tanklarından istifadə etməyə başlayıb. Amma bu tanklar hələlik birbaşa hücum əməliyyatlarında iştirak etmir”, - məlumatda qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv