Rusiya Ermənistanda kimə gövdə göstərir? - Hərbi təlimlərin pərdəarxası

Rusiya yenidən Ermənistanda genişmiqyaslı hərbi təlimlər keçirir. Rusiyanın Ermənistandakı Cənub hərbi dairəsinin yaydığı məlumata görə, təlimlər daimi dislokasiya məntəqələrində və yüksək dağlıq ərazilərdəki poliqonlarda keçirilir.

Bu arada, Avropa İttifaqı ölkələrinin “monitorinq missiyası” adı ilə Ermənistana yerləşdirilən jandarmalarının da sayının artacağı gözlənilir. Artıq Polşa Ermənistandakı şəxsi heyətin sayının artırılacağını açıqlayıb.

Bütün bunların fonunda isə Rusiyanın Ermənistanda genişmiqyaslı hərbi təlimlərə başlaması adi hal kimi görünmür.

Elə ekspertlər də sözügedən təlimin planlı olduğunu deyirlər. Onların fikrincə, Qərb missiyasının Ermənistanda varlığı və eyni şəkildə Rusiya hərbi bazasının mövcudluğu regionda qarşıdurma yaradır. Və bu qarşıdurmada təbii ki, Rusiya öz gücünü göstərməlidir.

Hərbi ekspertin fikrincə, Ermənistanın ikibaşlı siyasəti ilk növbədə onun özü üçün təhlükə yaradır. Artıq bu ölkəni də Suriya, Əfqanıstan kimi ölkələrin taleyinin gözlədiyi proqnozlaşdırılır.

Deməli, mövcud vəziyyət Ermənistanın qarşısında tək seçimin olduğunu göstərir. İndi rəsmi İrəvan Azərbaycanla anlaşmağa və yekun sülh sazişini imzalanmağa hər zaman olduğundan daha çox möhtacdır. Əks halda proseslər idarəolunmaz hal alacaq və ölkə ərazisi böyük güclərin müharibə meydanına çevriləcək.

 

 

AYNUR QARA

HƏZRƏT BAYRAMLI

APA TV

Müəllif | Apa.Tv
Apa.tv