Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib

Ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi Bakı limanını tərk edib.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Rusiya hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün gəlmişdi.

Müəllif | Apa.Tv
Apa.tv