Rusiya hökuməti istefa verdi
Rusiya hökuməti istefa verib.
APA TV-nin Rusiya mediasına istinadən məlumatına görə, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib və yeni hökumət formalaşana qədər kabinet üzvlərinin fəaliyyətini davam etdirməsini xahiş edib.
Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini postunun yaradılması barədə göstəriş verib və Dmitri Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Vladimir Putindir.