Rusiya iki ölkəni hədələdi: Ümid edək ki...
İsveç və Finlandiyada NATO-ya üzv olmaqla bağlı ictimai rəy təxminən yarıbayarıdır.
APA TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Heç bir ağlı başında olan adam qiymətlərin və vergilərin qaldırılmasını, sərhədlərdə gərginliyin artırılmasını, “İsgəndər”lər, hipersəs raketləri və nüvə silahı olan gəmilərin evinin yanında olmasını istəməz. Ümid edək ki, şimal qonşularımızın ağılı qalib gələcək. Yox, əgər olmasa, necə deyərlər, “o özü gəlib”, - deyə Medvedyev bildirib.
Qeyd edək ki, İsveç NATO-ya üzv olmaq üçün müraciət edəcəyini açıqlayıb.