Rusiya İran dronları ilə hücuma keçdi, 9-u məhv edildi

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Bryansk vilayətindən atdığı 10 kamikadze pilotsuz uçan aparatdan (PUA) 9-nu məhv edib.

 

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

“Düşmən gecə saatlarında “Şahid-136” və “Şahid-131” (İran istehsalı) dronları ilə Ukrayna ərazisinə hücum edib. Kamikadze dronları Bryansk vilayətindən Sumı və Çerniqov istiqamətində atılıb”, - məlumatda deyilir.

 

Xarkov vilayəti də Rusiyanın raket və dron hücumlarına məruz qalıb.

Müəllif | Apa.Tv
Apa.tv