Rusiya Kiyevin mərkəzinə kamikadze-dronlarla zərbələr endirib
Səhər saatlarında Kiyevdə hava həyəcanı elan edilib və partlayışlar baş verib.
APA TV-nin UNİAN-a istinadən xəbərinə görə, Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya paytaxta kamkadze-dronlarla hücum edib.
Şəhər meri Vitali Kliçko bildirib ki, hücum zamanı bir neçə ev dağılıb. Yanğınsöndürənlər və tibb işçiləri hadisə yerindədir.