Rusiya Liberal Demokrat Partiyasının sədri öldü
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölüb.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
O, Jirinosvkinin ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini qeyd edib.
Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu.