Rusiya MN dəhşətli rəqəmləri AÇIQLADI / Rusiya-Ukrayna savaşı

Xüsusi əməliyyat başlayandan indiyə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 1600-dən çox hərbi obyekti məhv edib.

 

APA TV-nin Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

 

“Əməliyyat zamanı ümumilikdə 1612 hədəf vurulub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 62 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 39 ədəd “S-300”, “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 52 radiolokasiya stansiyası var. Həmçinin, 49 təyyarə yerdə və 13-ü isə havada, 606 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəş sistemi, 227 səhra artilleriya qurğusu və minaatan, 405 xüsusi təyinatlı hərbi texnika və 53 pilotsuz uçuş aparatı məhv edilib”, - deyə Konaşenkov qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv