Rusiya MN: Gürcüstan Milli Legionunun döyüşçüləri məhv edilib

Rusiya Müdafiə Nazirliyi Donetskin Konstantinovka rayonunda “İsgəndər” kompleksindən endirilən zərbə nəticəsində 2022-ci ilin martında Kiyev yaxınlığında rus hərbçilərinin işgəncə və qətlində əli olan Gürcüstan Milli Legionunun döyüşçülərinin məhv edildiyini bildirib.

 

APA Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, raket zərbəsi aprelin 21-də kitabxananın binasında yerləşən Ukrayna Silahlı Qüvvələrinin muzdlularının olduğu yerə endirilib.

 

Nəticədə “Gürcüstan legionu”nun 60-a qədər döyüşçüsü və 15 hərbi texnika məhv edilib. Daha 20-yə yaxın muzdlu ağır yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv