Rusiya MN Xankəndinin adını böyük hərflərlə yazdı – APA TV

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlerində Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.

Nazirliyin 25 oktyabr tarixli bülletenində “Dağlıq Qarabağ respublikası” “Azərbaycanın Qarabağ iqtisadi rayonu”, "Stepanakert" isə Xankəndi kimi təqdim olunub.

Qeyd edək ki, bu vaxta kimi Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərində SSRİ dövründəki terminlərdən və toponimlərdən istifadə edib.

Müəllif | Apa.Tv
Apa.tv