16:30 22 sentyabr 2022 119
Ana səhifə Xəbərlər

Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır?

Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə edə bilər.

 

APA TV-nin Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün “Telegram” kanalında dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb.

 

“Yeni birləşmiş bütün ərazilərin müdafiəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək. Bu cür qorunma üçün təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər”, - deyə Medvedev bildirib.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın