Rusiya ordusu irəliləyərək bu şəhərlərə nəzarəti ələ keçirib

Tanınmayan “DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib.

 

APA TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.

 

Onun sözlərinə görə, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarət altına alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib.

 

Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib.

 

Müəllif | Apa.Tv
Apa.tv