Rusiya səfirliyinin hasarına çırpılan avtomobil yandı - ANBAAN

Buxaretsdə Rusiyanın Rumıniyadakı səfirliyinin hasarına yüksək sürətlə hərəkət edən avtomobil çırpılıb.

 

APA Rumıniyanın Digi 24 telekanalına istinadən xəbər verir ki, avtomobilin qəsdən divara çırpılması ehtimal olunur.

 

Hadisə zamanı sürücünün öldüyü, avtomobilin yandığı bildirilir.

 

Faktla bağlı Rumıniya polisi araşdırmalara başlayıb, Rusiya səfirliyinin qarşısında avtomobillərin hərəkəti dayandırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv