Rusiya səmasında UNO göründü: 7 min metr yüksəklikdə uçur
Rusiya səmasında yenidən UNO görünüb.
Yerli mətbuatın məlumatına görə, ötən gecə Rusiyanın Vıborq şəhəri üzərində naməlum obyekt müşahidə olunub.
Obyekt 200 km/saat sürətlə Sankt-Peterburq şəhərinə doğru hərəkət edib.
Rusiya Hərbi Hava Qüvvələri naməlum obyektin 7 min metr yüksəklikdə üçduğunu bildirib. Hadisə ilə əlaqədar saat yarım ərzində "Rejim" siqnalı elan edilib.
Qeyd edək ki, bu siqnal Rusiyanın hava məkanını tərk etmək tələbini əks etdirir. Naməlum obyektin mənşəyi aydınlaşdırılır.