Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.