Rusiya Ukraynada nə qədər hərbi obyekt vurub?
Rusiya təyyarələri və helikopterləri ötən gecə ərzində Ukraynada 51 hərbi obyekti məhv edib.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Məhv edilən obyektlər arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, iki Buk M-1 zenit-raket kompleksi və Dnepropetrovsk vilayətində bir S-300 işıqlandırma və istiqamətləndirici radar, üç D-30 artilleriya qurğusu, iki raket və artilleriya silahı və sursat anbarı, habelə hərbi texnikanın cəmləşdiyi 26 yer var", - deyə Rusiya MN sözçüsü vurğulayıb.